Adəm övladı hansı xüsusiyyəti ilə dünyanın bütün çətinliklərinə qələbə çala bilər?!
Sağ əlin verdiyini sol əldən gizlədin!
Mələklər dedilər: \" Ay Allah! Sənin yaratdıqlarının arasında daşdan bərk şey varmı?”
Allah dedi: \"Var, dəmir daşdan bərkdir, çünki o, daşı əzir”.
Mələklər dedilər: \" Ay Allah! Sənin yaratdıqlarının arasında oddan qüvvətli bir şey varmı?”
Allah dedi: \" Var, su oddan qüvvətlidir, çünki o, yanğını dayandırır və odu söndürür”.
Onda mələklər dedilər: \" Ay Allah, bəs yaratdıqlarının arasında sudan qüvvətli bir şey varmı?”
Allah dedi: \" Var, külək sudan qüvvətlidir – o, suyu dalğalandırır və qovur”.
Onlar dedilər: \"Ay Allah! Sənin yaratdıqlarının arasında küləkdən qüvvətli bir şey varmı?”
Allah dedi: \" Var, Adəmin xeyirxah uşaqları; sağ əlin verdiyini sol əldən gizlədənlər hər şeyə qalib gələcəklər”