Allah-Təalanın (c.c) həqiqi qulu hansı məsələləri unutmamalıdır?!


Qul odur ki, Allah Rəsulunun (s) dəvətini qəbul edir.
Qul odur ki, acizliyini, heç kimliyini və möhtac olduğunu bilir.

Qul odur ki, Həmzələ (ra) kimi \"münafiq oldum!” deyə daim ürəyində narahatlıq hissi yaşadır.
Qul odur ki, Rəsulullah (s) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.

Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (s) kimi özləri ac ikən yeməyi miskinə verir.
Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.

Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır.
Qul odur ki, öz malını və canını Allah yolunda sərf etməyə razıdır.

Qul odur ki, fitnə zamanı dağlara çəkilib çobanlıq edir.
Qul odur ki, Allah adı çəkilərkən qorxudan rəngi qaçır, bədəni titrəyir.

Qul odur ki, müjdə ayələrini oxuyarkən sevinc göz yaşları axıdır.
Qul odur ki, Allahın ayələri oxunarkən səssiz dinləyib, ibrət alır.

Qul odur ki, Allah üçün ömür sürür,əməlləri, sevinci, kədəri,qəzəbi, həyatı və ölümü aləmlərin Rəbbi üçündür.
Qul odur ki, hər gecə evində Qurani-Kərim sədaları eşidilir.

Qul odur ki, Allahdan qorxub, Onun rəhmətinə ümid edir.
Qul odur ki, hər bir gördüyündən ibrət götürür.

Qul odur ki, ölümünü bir an belə unutmur.
Qul odur ki, Allahu təaləyə qovuşacağı günü gözləyir.

Qul odur ki, Allahu təalənin adı çəkildikdə utandığından rəngi qızarır.
Qul odur ki, nəfsini özünə qul etməyi bacarır.
Və nəhayət qul odur ki, qul olduğunu dərk edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter