İslam Maarifinə əsasən insanı həqiqi yoldan azdıran 5 əsas amil hansılardır?!
İnsanı həqiqi yoldan azdıran amilləri tanıyaq== İnsanın səadətə tərəf hidayət olması fitri olaraq, varlığına qoyulmuşdur. Bu fitri amillə bir yerdə çox sayda başqa amillər vardır ki, insanı düz yoldan azdıra bilər. İmam Əli (ə) insanı həqiqi yoldan azdıra bilən amilləri tanıtmış və təkamül yolunu nişan vermişdir.
1. Havayi nəfs.
Hisslər insanın həyat mənbəyidir və əgər insan hisslərindən azad olarsa, məhv olar. Ancaq bunu da nəzərə almaq lazımdır ki, hər bir şeyin həddi və sərhədi olduğu kimi, hisslərin də sərhədi və həddi olmalıdır. İnsan hisslərinin oyuncağına çevrilməməlidir. Havayi-nəfs - əslində insanın varlığında olan heyvani hisslərdir. Əgər məntiqli şəkildə məhdudlaşdırılarsa, insan həyatının mənbəyinə çevrilər. İmam Əli (ə) bu haqda buyurur: \"Sizə təqvanı tövsiyə edirəm. Öz nəsihətləri ilə üzr yolunu sizin üçün bağlayan və aydın dəlili ilə hücəti tamamlayan \"tanrıdan” pəhrizi tövsiyə edirəm. Sizi sinənizə gizli yol tapan düşməndən xəbərdar edər və astaca qulağınıza zərbərlər vurar. Sizi alçaq və xar edər. İnsanı xahiş etməyə məcbur edər. Günahları və cinayətləri gözəl cilvələndirər. Böyük günahları kiçik hesab etdirər. Tədricən davamçılarını aldadar və səadət yolunu ona iman gətirənlərin üzünə bağlayar. Gözəli çirklin nişan verər. Asanı müşkil və təhlükəsizi qorxulu cilvələndirər”.
İmam Əli (ə) üsyankar nəfsdən qurtulmaq üçün tövsiyə edir: \"İnsan gərək üsyünkar nəfsini ram etsin və onun ixtiyarını alıb, günahdan saxlasın. Onu Allaha itaətə tərəf çəksin”.
2.Yüngül düşüncə.
Bəsrə camaatı Təlhə və Zubeyrin təşviqi ilə münaqişə yaratdılar və sonralar isə Bəni-Üməyyənin xəyanət tüstüsünə çevrildilər. İslama zərbə vurub, cəmiyyəti yolundan azdırdılar. İmam Əli (ə) onların yüngül düşüncələrinə işarə edərək buyurur: \"Ağıllarınız yüngül və fikirləriniz səfehcəsinədir. Ona görə də ox atanlar üçün yaxşı hədəf, müxtəxorlar üçün çeynənmiş tikə və ovçular üçün ovsunuz”.
3. Şübhələrdə ehtiyatsızlıq etmək.
Yəqinlik zamanı əməl etmək və şübhə zamanı ehtiyat etmək - din alimlərinin tövsiyələrindən biridir. Şübhə etdiyi yolda ehtiyatsızlıq edib addım atmaq insanın və cəmiyyətin yolunu azmasına səbəb olar. İmam Əli (ə) oğlu İmam Həsənə (ə) yazdığı məktubda buyurur: \"Bilmədiyin şey haqqında danışma. O yolda ki, azacağından qorxursan orada addım atma. Çünki yolunu azmaq qorxusu zamanı özünü saxlamaq, özünü təhlükəli yola salmaqdan daha yaxşıdır”.
4. Şeytan və ordusunun qələbə çalması.
İmam Əli (ə) şeytanı dində yolunu azmağın amili hesab edir. O, möminləri qələbədən saxlayar. İmam (ə) bu haqda buyurur: \"Ey Allah bəndələri! Allah düşmənlərindən çəkinin. Məbada sizi öz xəstəliklərinə düçar edərlər. Öz səsləri ilə sizi hərəkətə gətirər, piyada və atlı ordusu ilə sizi cəlb edərlər. Canıma and olsun ki, o, sizi ovlamaq üçün kamanına təhlükəli ox qoymuşdur. Onu qüdrətlə və var gücü ilə və sizə ən yaxın məsafədən atar”.
5. İnancda ifrat və təfrit etmək.
İnsanı yolundan azdıran amillərdən biri də inancda ifrat və təfrit etməkdir. İmam Əli (ə) insanları üç dəstəyə bölür: \"Sağ və sol yolunu azmaqdır. Orta yol - (haqq) yoludur. Quran və nübuvvət sünnəti bu yolu tövsiyə edər”.
İmam Əlinin (ə) bu nurani kəlamlarından belə nəticəyə gəlmək olur ki, ifrat və təfrit insanı həqiqi yoldan azdırar. İnsan inancında, etiqadında, əxlaqında, iqtisadiyyatda, siyasət və ictimai məsələlərdə təfrit və ifrat etməməlidir. Orta yolu tapmalıdır ki, bu Allahın və Peyğəmbərin (s) tövsiyə etdiyi yoldur.