Namazın həqiqəti nədir?! Hədislərə əsasən 26 cümlədə cavab
NAMAZ
Namaz: Peyğəmbərlərə öyrədilən ibadətlərin ilkidir.
Namaz: Qiyamət günü hesabı soruşulan vəzifələrin ilkidir.
Namaz: Quran-i Kərimdə ən çox zikr edilən əmrdir.
Namaz: İnsanı Allaha bağlayan və iman mənalarını ürəkdə canlandıran əsas nöqtədir.
Namaz: Cəhənnəmdən nicat bir vəsilədir.
Namaz: Cənnətin açarıdır.
Namaz: Yoxsulların həccidir.
Namaz: Möminlərin meracıdır.
Namaz: Əməllərin ən xeyirlisi muradın ən feyizlisidir.
Namaz: Həyatın mənası, yaradılışın hikmət və məqsədidir.
Namaz: İmanın qidası, ürəyin cilası, əxlaqın qaynağıdır.
Namaz: İslamın binası, ibadətin yaxşısıdır.
Namaz: Dünya nemətlərinə şükür, axirətin sonsuz nemətlərinə nail olma vəsiləsidir.
Namaz: İnsanın hərəkətlərini Allahın əmrlərinə uyduran bir səbəbdir.
Namaz: İman ilə şirk və küfr arasında bir pərdədir.
Namaz: Suyun kiri aradan qaldırdığı kimi günah çirklərini yuyub aparandır.
Namaz: Allahın hüzuruna çatmağa, Onunla danışmağa, Onun nuruna çatmağa bir vəsilədir.
Namaz: İnsanı pisliklərdən uzaqlaşdıran, yaxşılığa çağıran bir ibadətdir.
Namaz: Mominin ədəb, mədəniyyət və feyz məktəbidir.
Namaz: Allahın verdiyi nemətlərə şükr etmənin ən gözəl nümunəsidir.
Namaz: Məscidi və camaatla İslami birlik və birliyin nümunəsidir.
Namaz: Ictimai təlim və tərbiyənin ən gözəl yoludur.
Namaz: Momini Allaha yaxınlaşdıran ilahi bir əmrdir.
Namaz: Adamın tək Allaha qulluq etdiyinin və yalnız ondan kömək istədiyi isbatıdır.
Namaz: Ən gözəl bir bədən hərəkətidir.
Namaz: Ən gözəl ibadətdir.