Hz Peyğəmbər (s) rihlətindən öncə qəbristanlığa gedərək dəfn olunan möminləri hansı məsələ ilə müjdələdi?!


Səfər ayının 28-si Peyğəmbərin (s) vəfat etdiyi tarixdir. Nəql edirlər ki, həmin günün gecəsi müsəlmanlardan biri Peyğəmbərimizin (s) yanında qalır ki, ona yardım etsin. Gecənin qaranlığında Peyğəmbər (s) həmin müsəlmanı çağırdı və buyurdu: \"Gəl, məni qaldır”. Bu sözlərdən aydın görünür ki, Həzrətin bədəni çox zəifləmişdir və ayağa qalxa bilmirdi. Həmin müsəlman nəql edir: \"Mən Peyğəmbərin (s) qolunun altına girib, onu otuzdurdum.”

O, buyurdu: \"Oturmaq istəmirəm. Məni qaldır, bayır qapısını yavaşca aç və məni Bəqi qəbiristanlığına apar”. Dedim: \"Ağacan, siz bu halla addım ata bilmirsiniz, getmək sizin üçün çətin olar. Bu gecə vaxtı niyə Bəqi qəbiristanlığına gedirsiniz?”. Amma mən gərək Peyğəmbərin (s) əmrinə itaət edəydim. Odur ki, o Həzrətin (s) qolunun altına girdim və qəbiristanlığa tərəf apardım”.

Sonra Həzrət (s) buyurdu: \"Məni qəbiristanlığın daxilinə apar. Qəbirlərin divarına söykəndi və ağlayaraq ölülər üçün məğfirət istədi”. Sonra buyurdu: \"Mən sabaha qədər bu dünyada qalacağam. Sonra məni sizin yanınıza gətirəcəklər. Yəni, bu dəfə mənim növbəmdir ki, bərzəx aləminə gəlim”.

Sonra Həzrət (s) bu cümləni deyir: \"Ey qəbiristanlığın ölüləri! Ey burada dəfn olunanlar! Mən bu halımla bu gecə gəlmişəm sizə deyim ki, xoş olsun sizin halınıza ki, məndən əvvəl dünyadan getmisiniz. Çünki sabah mənim ölümümdən sonra fitnə baş qaldıracaqdır ki, hər kəs o fitnəyə daxil olarsa, kafir olacaqdır. Yəni, din, namaz, oruc, cihad və zəhməti əldən gedəcəkdir”./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter