Quran və hədislərə əsasən: Salam insanlar arasında dostluq üçün bir yoldur!


Əksər insanlar görüşdükləri vaxt bir-birlərinə məhəbbətlərini bildirir, bir-birlərinə dua edib sağlamlıq arzulayırlar. Bu münasibət bəzən sözdə, bəzən əməldə özünü göstərir. İnsan qarşı tərəfə öz dili, əli ilə və ya başqa bir şəkildə məhəbbətini bildirir. Dostluq əlaqəsini bildirmək üçün müsəlmanlar arasında daha çox müraciət olunan yollardan biri salamlaşmaqdır. \"Salamun ələykum” yəni Allah səni salamat etsin. Bu mübarək və pak bir salamdır. Qurani- kərimdə də salam məhəbbəti bildirmə vasitəsi kimi təqdim olunur. Saleh əməl sahibləri behiştdə bir-birlərini salamlayırlar.

Salam təkcə müsəlmanlara xas deyil. İslamdan öncəki qövmlər arasında da salamlaşma olmuşdur. Mələklər naməlum qiyafədə həzrət İbrahimin görüşünə gəldikləri vaxt onu salamladılar və həzrət İbrahim də onların salamını aldı.

Bu mövzuda bir neçə hikmətli buyuruğu nəzərdən keçirək:
Həzrət Peyğəmbər (s) buyurur: \"Sözə salamla başlayın, salamsız sözə başlayana cavab verməyin.”
İmam Sadiq (ə) buyurur: \"Salam verməkdən çəkinən şəxs paxıldır.”

Məsumlardan nəql olunmuş hədislərdə bildirilir ki, yoldan ötən şəxs yolda dayanana, ayaq üstə olan şəxs oturana, süvari piyadaya, qatıra süvar olmuş şəxs ulağa süvar olana, ata süvar olmuş şəxs qatıra süvar olana salam versin.
Bəli, bahalı nəqliyyatda əyləşmiş insan salam verməlidir! Aydın olur ki, bu göstərişlər bir növ təkəbbür və lovğalıqla mübarizədir. Bəziləri sərvət sahibi olduğundan ona salam verilməsini gözləyir. Təəssüf ki, dövrümüzdə salam itaəti bildirmək vasitəsi olmuşdur. Yoxsullar varlılara, zəiflər güclülərə salam verirlər. İnsanın azadlığını təcəssüm etdirəsi salam bu gün onun özündən varlı və güclülərə mütiliyini izhar vasitəsi olmuşdur.

Həzrət Peyğəmbər (s) uşaqları salamlayardı. Həzrət buyururdu ki, onun qiyamətədək tərk etməyəcək beş işdən biri məhz budur
Qeyd edək ki, həzrət Peyğəmbər (s) salam verməyi müstəhəb, onun cavabını almağı vacib saymışdır


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter