İslam şəriətinə əsasən namazın savabını artıran 30 əməl hansılardır?!
Namazın müstəhəb əməlləri
1. Birinci rəkətdə Həmddən qabaq “Əuzu billahi minəş- şəytanir- racim” demək;
2. Zöhr və əsr namazlarının birnci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rahim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə bitişdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət etmək;
6. Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək; istər camaat namazında, istər də tək halda (furada) qılınan namazda.İstər pişnamaz olsun, istərsə də iqtida edən.
7. “İxlas” surəsini oxuduqdan sonra, 1, 2 və ya 3 dəfə “kəzalikə rəbbi” cümləsini demək;
8. Həm Həmdi, həm də Surəni oxuduqdan sonra bir qədər dayanmaq, sonra namazı davam etdirmək;
9. Üçüncü və dördüncü rəkətdə Təsbihati-ərbəəni dedikdən sonra Bağışlanma diləmək və demək:
“Əs-təğfirullahə rəbbi və ətubu iləyh” Yaxud “Allahumməğfir li”.
10. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (Allahu Əkbər) demək.
11. Əgər namazqılan şəxs kişidirsə, dizlərini geriyə versin, əgər qadındırsa, geriyə verməsin.
12. Başını aşağı salmamaq və bədəni istiqamətində düz saxlamaq.
13. Əlin içini dizlərin üstünə qoymaq.
14. İki ayağın arasına baxmaq.
15. Rükunun zikrindən öncə və ya sonra salavat demək.
16. Rükudan qalxıb ayaq üstə dayanan vaxt “Səmiəllahu limən həmidəh” demək
17. Əgər namazqılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.
18.Səcdədən əvvəl və sonra “Təkbir” demək müstəhəbdir. Bir şərtlə ki, təkbir deyərkən bədən hərəkətsiz olmalıdır.
19.İki səcdə arasında “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək müstəhəbdir. Yenə də bu sözləri deyərkən bədən hərəkətsiz olmalıdır.
20. Səcdəni uzatmaq, zikrlər demək, dünya və müstəhəb əməlləri axirət hacətlərini istəmək və salavat göndərmək müstəhəbdir.
21.Səcdədən qalxıb sol ayaq üzərində əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.
22.Namazdan sonra şükr səcdəsi etmək müstəhəbdir. Yəni, bütün nemətlərə görə, həmçinin namazı bizə nəsib etdiyinə görə Allaha şükr etmək niyyəti ilə alnı yerə qoymaq müstəhəbdir. Yaxşı olar ki, bu səc-dədə üç dəfə “şukrən lillah” deyilsin.
23.Qiyam halında Bədəni düz saxlamaq
24. Çiyinləri sallamaq
25. Əlləri ayaqların üstünə qoymaq
26. Əl barmaqları bir-birinə bitişdirmək
27. Səcdə məkanına baxmaq
28. Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq
29. Xüzu və xüşu halında olmaq
30. Ayaqların birini irəli, digərini geri qoymamaq./ehliwie-samux.