Zəhhak ibn Abdullah Məşriqi Kərbəlada aşura günü hansı səbəbdən İmam Hüseyni (ə) tək qoyaraq qaçdı?!


Kərbəla cənnətində ailəsinə görə İmam Hüseyni (ə) yalnız qoyaraq qaçan şəxs!!

Kərbəla qiyamından kənarda qalanların həyatını oxuyanda onların İmam Hüseyndən (ə) uzaqlaşmasının səbəbi onların ilahi rəhbərin hərəkətini öz ağılları ilə müqayisə etmələrindən ibarət olduğunu görürük!

-Bəziləri İmam üçün zalim hakimdən əmannamə istəmək firkində idilər!
-Bəziləri həzrətin müharibədən qaçmaq düşüncəsinə inandırmaq fikrində idilər!
-Bəziləri nəsihətyönlü həzrətə Küfə əhlinin vəfasız olmasını bildirmək fikrində idilər!
İmam Hüseynə (ə) yol göstərməyə çalışanlar unutmuşdular ki, İlahi övliya onların bildiklərinin artığını bilir və öz addımında çarəsiz də deyildir.

Amma İmam Hüseynin (ə) Kərbəladakı fədakar səhabələri əql və eşq həddində uca zirvəyə çatmış və ilahi rəhbərin istəyinin qarşısında bütün vücudları ilə rəhbərlərinin əmrinə tabe olurdular. Necə ki, Ərbəin ziyarətində oxuyuruq: “«قَلْبِی‏ لِقَلْبِكُمْ‏ سِلْمٌ‏ وَ أَمْرِی لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِی‏ لَكُمْ‏ مُعَدَّةٌ»”

“Mənim qəlbim sizin qəlbinizə təslim olmuş, işlərim sizin əmrinizə baş əyir. Mənim köməyim sizin üçün hazırdır. Yəni ilahi rəhbərə təslim və tabeçilik göstərmək İmama kömək üçün başlanğıcdır.

Qəlbləri ilahi rəhbərə təslim olmayalar Mədinə və Küfə yolunda o həzrətdən ayrıldılar. Bəziləri Mədinədə qaldılar. Bəziləri isə Aşura gecəsi ağanı kərbəlada tək qoyaraq qayıtdılar. Bəziləri də kərbəlanın aşura günündə döyüş meydanından qaçaraq ilahi nemət olan böyük şəhidlər cərgəsindən uzaqlaşdırlar!! O şəxslərdən biri:

Zəhhak ibn Abdullah Məşriqi
Zəhhak Kərbəla yolunda İmam Hüseynlə (ə) görüşərək qısa danışıqdan sonra İmam Hüsyenin (ə) karvanına qoşuldu.
Aşura günü İmam Hüseynin (ə) cərgəsində şücaətcəsinə döyüşdü.
İmam Hüseyn (ə) onun haqqında dua etdi: “Zəifləməyəsən, əllərin kəsilməsin. Allah Təala (c.c) Əhli-Beytə (ə) görə sənə böyük mükafatlar verəcək.”

Zəhhak Aşura gününün zöhr namazını İmamla birlikdə qıldı. Amma İmam Hüseynin (ə) səhabələrinin mübarək bədənlərini yerdə görərkən İmamın hüzuruna gələrək dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Xatırlayırsınız sizinlə mənim aramda hansı şərt var idi?! Ey mənim mövlam! Mənim ailəm var və insanlara borcum var. -ahlolbait
Qərarımız bu idi ki, sizinlə birlikdə müharibədə iştirak edim o zamana kimi ki sizin köməkləriniz var və mənim döyüşməyim sizə faydalı olsun.
İndi ki, sizin dostlarınız qalmayıb və mənim müharibə etməyimin heç bir faydası yoxdur!”.
Həzrət Zəhhakın cavabında buyurdu: “Bəli! Mən səndən beyətimi götürdüm. Amma sən necə bu qoşunun arasından qaçacaqsan?!”
Zəhhak cavab verdi: “Mən atımı xeymələrdə gizlətmişəm və elə ona görə piyada döyüşürdüm.” Zəhhak atına minərək döyüş meydanında qaçdı./sualcavab.ge





© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter