İmam Səccad (ə) onu təhqir edən şəxsin cavabında hansı duanı etdi?!
İmam Zeynəlabidinin (ə) qohumlarından biri həzrətin üzərinə səsini qaldırıb onu təhqir etdi. Həzrət ona bir kəlmə də cavab vermədi və kişi dönüb getdi.
İmam ətrafındakılara buyurdu: \"Onun nə dediyini eşitdinizmi? İstəyirəm mənimlə gəlib ona verəcəyim cavabı eşidəsiniz.” Dedilər səninlə gəlirik, biz ona cavab verməyinizi istədik.”
Həzrət ayaqqabılarını geydi və ayağa qalxıb Quran ayəsi oxudu: \"O kəslər ki, qəzəblərini udar, xalqa güzəşt edərlər; Allah xeyir əməl sahiblərini sevir.”503 İmamı müşayiət edənlərdən biri deyir ki, biz İmamın ona təhqirlə cavab verməyəcəyini bilirdik. Hər halda onunla gəldik. İmam onu çağırdı, Əli ibn Hüseynəm dedi. Ev sahibi bayıra çıxdı. O əmin idi ki, İmam bir az əvvəlki təhqirə cavab verməyə gəlib.
Həzrət buyurdu: \"Bir qədər mənim yanımda qaldın, mənim haqqımda nələr dedin! Əgər mən sən deyən kimiyəmsə Allahdan bağışlanma diləyirəm, əgər dediklərin məndə yoxsa, Allah səni bağışlasın.” Həmin şəxs İmamın alnından öpdü və dedi: \"Dediklərim səndə yoxdur, mən özüm dediyim sözlərə layiqəm.” Rəvayətçi deyir ki, həmin şəxs İmamın əmisi oğlu Həsən ibn Həsən idi!/ehliwie-samux.