İl boyu günahları bağışladan, mələklərin duasına və amanda saxladan salavat və dua necə deyilir?!


Bir il müddətində günahlardan pak olmaq üçün salavat

\"Misbahul-mutəhəccid\" kitabında İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, hər kəs zöhr namazından sonra bu (salavatı) deyərsə, bir ilədək onun üçün heç bir günah yazılmaz:
\"Əllahumməc\'əl səlavatikə və sələvati məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd.\"

Mələklərin insana bir həftəyədək salavat göndərməsinə səbəb olan salavat

\"Cəmalul-usubu\" kitabında həzrət Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü Əsr namazından sonra bu (salavatı) on dəfə deyərsə, mələklər o cümə günündən gələn cümə gününədək bu saatda onun üçün salavat göndərərlər:
\"Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əl-əvsiyail-mərziyyinə bi əfzəli səlavatik. Və barik ələyhim bi əfzəli bərə katikə və ələyhi və ələyhimus-səlam. Və əla ərvahihim və əcsadihim və rəhmətullahi və bərəkatuh.

İnsanı bir həftəyədək amanda saxlayan salavat

\"Biharul-ənvar\" kitabınn 90-cı cildinin 56-cı səhifəsində İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü zöhr namazından sonra bu duanı üç dəfə deyərsə, gələn cümə gününədək amanda qalar:
\"Əllahumməcəl səlavatikə və səlavətə məlaikətikə və rusulikə əla Muhəmmədin və ali Muhəmməd.\"


Kitabın adı: Mənəvi xəzinələr
Müəllif: Rza Cahid


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter