Sual: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bə`zi namaz qılanlar günaha yol verir?
Sual: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bə`zi namaz qılanlar günaha yol verir?
Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.Məktəb və universitetin işi insanın elmi təkamülünü tə`min etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır.
Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.