Sual : Namahremlə zarafatlaşmağın hökmü nədir ?


NAMƏHRƏM KİŞİ VƏ QADIN MÜNASİBƏTLƏRİNDƏ ZARAFATIN HÖKMÜ 

Cavab:Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir. Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər (\"Əhzab\" surəsi, ayə 32).
Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.

Sonda bir şeyi xatırlatmaq zəruridir:
Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur. Yəni əgər naməhrəmlə zarafat, ləzzət qəsdi ilə ya günaha düşmək qorxusu olarsa, haramdır. Baxmayaraq ki, o naməhrəm sinif yoldaşı və zarafat da sms vasitəsi ilə yerinə yetirilibdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter