Nə üçün biz də sünnilər kimi sübh azanında \"əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.(\"Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.(\"Əl-əzan”, Əbi Hatəm, s. 45)

Ən əsası isə sünnilərin \"Səhihe Buxari”, \"Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)
Bəli, sünnə əhli öz fiqhini Peyğəmbər Əhli-beytindən (ə) götürmədiyi üçün bir çox xətalara düçar olmuşdur. Allah-təala hər kəsi həqiqi Peyğəmbər (s) sünnəsinə müvəffəq etsin.

Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter