Şiə əgər haqdırsa bəs niyə görə müsəlman aləmində azlıq təşkil edir?
Dünya statistikasına nəzər salsaq görərik ki, dünyada təqribən altı milyard yarım əhali var. Onun cəmi bir milyarda yaxını (15-18 %) müsəlman, 40 % kafir (qeyri səmavi dinlərə itaət edənlər və ya dinsizlər), 42-45%-i isə kitab əhli yəni xristian və yəhudilərdir. Belə məlum olur ki, dünyada müsəlman hamıdan azdır.
Ancaq biz yəqin bilirik ki, haqq müsəlmanlarladır və bunda heç kəsin şübhəsi ola bilməz. Elə buradan da aydın olur ki, haqqı çoxluqda axtarmaq lazım deyil.
Necə ki, Qurani-Kərim buyurur: \'\'Bəndələrimdən şükür edəni azdır.\'\' (\'\'Səba\'\' surəsi, ayə-13) Bu ayədən açıq-aydın görünür ki, haqq çoxluqda deyil və bütün bəndələr şükür edən deyillər.
Necə ki, Quranın başqa ayələrində də, buyurulur: \'\'Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.\'\' (\'\'Əraf\'\' surəsi, ayə-17) \'\'Allahın övliyaları yalnız Allahdan qorxub pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti (çoxu) bunu bilməz.\'\' (\'\'Ənfal\'\' surəsi, ayə-34)
İmam Əli(ə) buyurur: \'\'Haqq və batil qoşunun sayı ilə tanınmaz. Əgər haqq ilə batili tanısan, onların əhlini də tanıyacaqsan.\'\' Quran ayələri, hədis və məntiqlə düşüncədən aydın olur ki, haqq-ədaləti heç də çoxluqda axtarmaq düzgün deyil.