Əllİ mİn İllİk gün ola bİlərmİ?


Cavab: Unutmamalıyıq ki, gecə-gündüz, ilin uzunluğu bizim planetdəkindən fərqli də ola bilər. Əgər bir sutka bizim planetdə 24 saatdırsa, başqa planetlərdə bu rəqəm fərqli də ola bilər. Məsələn, günəşə ən yaxın olan planet Merkuridə bir il bizim səksən səkkiz sutkamıza bərabərdir. Yəni həmin planet səksən səkkiz gün ərzində günəş ətrafında bir dövrə vurur. Günəş sisteminin səkkizinci planeti olon Neptunda bir il təqribən bizim yüz altmış dörd ilimizə bərabərdir. Günəş sisteminin ən uzaq planeti olan Plutonda bir il bizim iki yüz qırx doqquz ilimizə bərabərdir. Hələ bizim öz planetimizdə şimal və cənub qütblərində gecə və gündüzün uzunluğu başqa yerdəkindən fərqlənir. Orada altı ay gecə, altı ay gündüz olur. Ayda isə həm gecə, həm də gündüz təqribən bizim on beş gün uzunluqda çəkir.
Ona görə də təəccüb etməyə dəyməz ki, qiyamət günü bizim əlli ilimizə bərabər olacaq. Çünki qiyamət günü Quran ayələrindən məlum olduğu kimi, varlıq aləmindəki vəziyyət dəyişəcək və günəş sistemi əvvəlki nizamını itirəcəkdir. Demək, həmin gün bu günki gündən tamamilə fərqlənəsidir. Qurani-kərimdə bu məsələyə belə işarə olunur: “(Qiyamət günü) elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq...”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter