Kərbəla şəhidlərinə niyə yas tutulur?
Hər il Məhərrəm ayı gəldikdə, \"Əgər İmam Hüseyn (ə) qələbəyə nail olubsa, niyə bunu bayram etmirik, niyə ağlayırıq, bu böyük zəfər qarşısında bu qədər ağlamaq yaraşırmı\", - deyə sual edirlər.
Ağlamaq və insanın qəlbinin bacası olan gözdən yaş damcıları tökmək dörd formada ola bilər:
1. Şövq və sevinc ağlaması: Canı qədər sevdiyi balasını itirib, illər sonra tapan ananın ağlaması və ya bir ömür boyu məşuqundan ayrı qalıb, onu tapdıqda sevincdən ağlayan bir aşiqin ağlaması kimi.
Kərbəladakı igidliklərin böyük bir hissəsi şövq yaradıcıdır. Məhz buna görə də bu cür igidlik, qəhrəmanlıq, fədakarlıq, şücaət, azadlıq ardıcılları olanlar əsir kişi və qadınların coşdurucu söhbətlərini eşidərək, gözündən şövq yaşı axıdır. Bu ağlamalar məğlubiyyətdənmi irəli gəlir, yoxsa şövq və sevinc göz yaşıdırmi?
2. Duyğusal ağlamalar: İnsanın sinəsində daş deyil, bir ürək var. Və bu qəlb insani duyğu dalğalarını əks etdirir. İnsan bir qış gecəsi anasının qucağında dayanan yetim uşağı gördükdə tükləri biz-biz olur və gözündən yaş axıdaraq insani duyğularla dolub-daşan canlı bir ürəyə sahib olduğunu göstərir.
Dünyaya yeni gələn və südlə qidalanan bir uşağın öz atasının qucağında öldürülməsi və qanlar içərisində qalmasını eşidib, ağlayan birinin bu ağlaması onun zəiflik və gücsüzlüyünümü göstərir, yoxsa tərtəmiz duyğularla dolub-daşan oyaq bir qəlbə malik olduğunumu?
3. Hədəfin birlik olduğuna görə ağlamaq: Bəzən gözlərdən gələn damlalar hədəflərin elçisi olur. İmam Hüseynlə (ə) eyni hədəfi bölüşdüyünü və onun məktəbinin davamçısı olduğunu göstərmək istəyən biri, bəzən şüarlar səsləndirərək və bəzən də mərsiyə söyləyərək bunu göstərir. Amma bu acı hadisələri eşidərək qəlbdən coşan acıları bir damla göz yaşıyla bildirən insanlar da olur. Bəli, bu göz yaşları insanın İmam Hüseyn (ə) və onun müqəddəs hədəflərinə vəfadar olduğunu çatdırmaqdır. İmam Hüseynin (ə) müqəddəs hədəflərini tanımadan, bu şəkildə ağlamaq mümkündürmü?
4. Zillət və məğlubiyyət ağlaması: Öz hədəfinə çata bilməyən, hədəfini inkişaf etdirmək üçün ruh və şücaətə malik olmayan zəif və gücsüz insanlar aciz qaldıqlarını gördükdə oturub ağlayırlar.
İmam Hüseyn (ə) və onların məktəbini tanımaq, əməli olaraq o uca insanların hədəflərinə yardım göstərmək, ağlamaq və yas saxlamaqdan daha əhəmiyyətlidir. Onsuz da önəmli olan da tərtəmiz şəkildə yaşamaq, doğru düşünmək və əməl etməkdir.\\\\faktxeber.