ŞÜBHƏ 13: İsa və Məhəmməd peyğəmbərin yaşadığına dair heç bir dəlil yoxdur və uydurmadır.
Cavab: Bu iddia çox cılız və gülüncdür. ‘Zeitgeist və Religulous’ kimi populyar nonteist filmlərin yaydığı bu boş iddialar sadəcə gülüş doğura bilər. Bunu deməklə onların necə bir fakt tələb etdiklərini öncə bilmək lazımdır: video rolik, doğum haqqında şəhadətnamə yaxud başqa bir şeymi? Bu iddiaların sahibləri həvəskar
ateist tarixçilər olur ki, bunuda ciddiyə almaq mənasızdır. İsa peyğəmbər barəsində xristian olmayan Takitus və İosif tarixçilərin əsərlərini incələmək, hətta xristianlıqdan
nifrət edən Takitusun İsanın Tiberiyus zamanında Ponti Pilat deyilən tarixi şəxs tərəfindən cəzalandırıldığını qeyd etdiyini görmək fakt olaraq bəs edər.
Daha detaylı şəkildə öyrənmək istəyənlər üçün “Bart Ehrman – Did Jesus Exist?” adlı kitabı və ateist tarixçi Tim O’Nil tərəfindən yazılan “An Atheist Historian Examines the Evidences for Jesus Part 2” başlıqlı yazını oxumalarını tövsiyə edirəm.
Məhəmməd peyğəmbərin var olduğu ilə bağlı araştırma aparma istəyənlər üçün isə “Robert G. Hoyland – Seeing islam As Others Saw Islam” kitabını tövsiyə edirəm.