şübhə11: Qismətimiz yazılıbsa, müstəqil iradəmiz varmı?


Hər şeyin necə olacağı bəllidirsə, cəhənnəmə niyə atılırıq?
Cavab: Quranda İsra surəsi 13-cü ayədə və Nəcm surəsi 39-cu ayədə insanın talehinin öz səylərinə bağlı olduğu bildirilir. Yəni İslam dinində sənin səylərin qismətinə
bağlıdır düşüncəsi yanlışdır. Əgər bizim qismətimiz öncədən, bizdən ayrı yazılmış olsaydı bizim müstəqil iradəmizin varlığının mənası olmazdı. Allah bizi bizdən
yaxşı tanıdığı və zamandan asılı olmadığı üçün, hər an hər şeydən xəbərdardır.

Və bunu (bizim nə edəcəyimizi) öz əzəli elmi ilə bilir. Yəni Allah yazdı deyə olmur.
Allah bilir deyə yazır. Qiyamətə qədər nələr olacağı bəlli idi. Amma kimin hansı rolda çıxış edəcəyi, cənnət yoxsa cəhənnəm əhli olacağı tamamilə özünə buraxılmışdır ki,
həyatın varlığının mənası olsun. Və sonda deyə bilərik ki, hər kəs şüurlu şəkildə, bilərəkdən etdiyi əməllərə görə Allah qarşısında cavabdehlik daşıyır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter