Hz Xızr Nəbi (ə) İmam Əliyə (ə) düşmənlərə qalib gəlməsi üçün cavanlıqda hansı zikri xatırlatdı?!


İmam Hüseyn (ə) buyurur: “Atam nəql edir: “Bədr döyüşünə bir gecə qalmış Xızr peyğəmbəri (ə) yuxuda gördüm və ona dedim: “Mənə elə şey öyrət ki, onunla düşmənə qalib gəlim”.
O, mənə dedi: “De: یا هُوَ یا مَن لا هُوَ إلاّ هُوَ، ” - Ya Mən la huvə illə huvə!! - Ey O kəs ki yoxdur heç kəsən Ondan başqa...
O zaman ki, səhər açıldı, onu Peyğəmbərə (s) danışdım. Buyurdu: “Ey Əli! Allahın əzəmətli adı sənə öyrədilmişdir”.

Bədr günü bu cümlə davamlı olaraq dilimdə idi””.

İmam Əli (ə) bu cümlələrdən sonra “Tövhid” surəsini oxuyurdu. Sonra yenə həmin cümləni deyir və buyururdu: “Məni bağışla və kafir dəstəyə qalib et!”.


Nəql edilir ki, Siffeyn döyüşündə də bu duanı oxuyurdu.

Əmmar ondan soruşur: “Ey Əmirəl-möminin! Bu işarə nədir?”.

Həzrət Əli (ə) buyurur: “Allahın əzəmətli adı və tövhidin sütunudur”.
Sonra bu ayəni tilavət etdi:

شهد اللّه‏ أنّه لا إله إلاّ هو

Atdan düşüb dörd rükət namaz qıldı”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter