Hz İsanın (ə) dövründə zinakar cavanın behiştlik müjdəsi və abidlik edənə cəhənnəm xəbərinin verilməsi!!


Bir gün Hz İsa (ə) səhradan keçirdi. Yol aralığında rahiblərdən birinin monastirinə yetişdi və onunla söhbətləşməyə məşğul oldu!
Bu zaman bir cavan ki, insanların arasında bəyənilməyən və günah işlərlə məşğul olmağa məşhur olmuşdu, oradan keçmək istədi!

O günahkar cavanın Hz İsa (ə) və abid şəxsə gözü dəydiyi zaman ayağı əsərək yol getməkdən dayandı! Elə həmin yerdə dayanaraq dedi: “İlahi! Mən özü çirkin işlərimdən utanır və peşimanam! Əgər indi Sənin Peyğəmbərin (ə) mənə görərsə və məni danlayarsa, nə edim?!
İlahi! Üzrümü qəbul et və abrımı qoru!

Elə bu zaman, abid şəxsin gözü peşiman cavana çevrildi! Başını yuxarı qaldırdı və dedi: “İlahi! Məni qiyamət günü bu zinakar cavanla məşhur etmə!”
Allah-Taala (c.c) Peyğəmbərinə (ə) vəhy etdi ki: Bu abid şəxsə denən biz sənin duanı qəbul etdik və səni bu cavanla məşhur etməyəcəyik!
Çünki o özündə yaranan peşimançılıq və danmağı ilə, behiştli oldu və sən özünü bəyənmək və qururunla cəhənnəmlik oldun!”.
Mənbə. Gəncineyi Maarif kitabı, cild-1, səh: 197.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter