BİRİNCİ XӘLİFӘ ӘBU BӘKR İBNİ ӘBU QӘHAFӘ KİMDİR


Ötən bəhslərimizdə Peyğəmbərin (s) səhabələri barədə söhbət açdıq. Әhli-sünnə məzhəblərinin səhabələrə ifrat dərəcədə etiqad bəsləməsinin əsassız olduğunu bəyan etdik. Qeyd etdik ki, onlar mötəbər olmayan hədislərə və məntiqsiz əsaslara istinad edərək səhabələri olduqlarından daha yüksək məqamlarda təsəvvür edirlər. Xüsusi ilə onların xəlifələr haqda olan etiqadları ifrat məhəbbət üzərində qurulmuşdur. Buna görə də ilk üç xəlifə barəsində nisbətən geniş izah və təhlillər verməyi qərara aldıq.
Həzrət Peyğəmbərdən (s) sonra məşhur səhabələrdən biri olan Әbu Bəkr ibni Әbu Qəhafə ilk xəlifə təyin olundu.
Bu ilk xilafətin İslam əsaslarına, hətta əhli-sünnənin məqbul hesab etdiyi icma və səsvermə yolu ilə təyin olunmadığı barədə kifayət qədər məlumat vermişik.
Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bəzi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qurani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar:
«Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi». (Төвбә-40.)
1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə apardı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin.
2. Allah-taala Özü Әbu Bəkri Qurani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır.
3. Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir.
4. Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi.
Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək:
1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün apardı?
Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə aparırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə aparmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər.
Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə təyin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir.
Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır:
«Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sürətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...»
Hətta bəzi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə apardı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir:
«Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər....
Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...»
2. Allah-taalanın Qurani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır.
Әrəb dilində yoldaş mənasını ifadə edən «sahib» kəlməsi Qurani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir.
Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qurani-Kərimdə belə ifadə olunur:
«Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39).
Ayənin mənasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Quran onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir.
Qurani-Kərim biri mömin, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mömin şəxsə «yoldaş» adlandırır:
«Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?» (Кәһф–37.)
Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mömin bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz.
3. Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi?
Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam etiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır:
«Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....» (Мүҹадилә–7.)
Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mənasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur.
Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı.
Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir.
4. Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur?
Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir.
Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır.
Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi?
Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qurani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir:
«Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və möminlərə əta etdi....» (Төвбә–26.)
Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi.
Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir.
Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mənasız görünür.
«Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər» (Yунис-62.)
Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter