Böyük arif Hüseynəli Həmədaninin möminlərə yemək və zikrlər haqda tövsiyələri nə olmuşdur?!
Molla Hüseynəli Həmədani.- Alim buyurur: “Ən mühümü – haram yeməklərdən qaçın. Halaldan başqasını yeməyin. Yeməyi az yeyin və həddini aşmayın. Nə o qədər ye ki, səni ağırlaşdırsın və əməldən saxlasın, nə də o qədər az yemə ki, səni zəiflətsin. Zəif insan ibadətdən çəkinər.
Müstəhəb aylarda bacardığın qədər oruc tut. Bir şərtlə ki, gecə gündüzün yerini doldurmayasan.
Namaza dayanan zaman müti və başıaşağı halda, qəlb hüzuru ilə dayan. Sübh namazından sonra 70 dəfə istiğfar et və “Lə iləhə illəllah”ı yüz dəfə de. Məşhur “Sabah” duasını oxu. Xanımın (s.ə) təsbihini unutma. Hər gün bacardığın qədər dəstəmazlı və diqqətli halda Quran oxu.
Yatan zaman şəhadətləri de, “Ayətül-kürsü”nü, “Fatihə”, 4 dəfə “Tövhid” (“İxlas”) surəsini, 15 dəfə “Qədr” surəsini, “Ali-İmran” surəsinin 18-ci ayəsini oxumağı unutma. İstiğfar etsən yaxşı olar.
Bəzi vaxtlar çalış “Tövhid” surəsini 100 dəfə oxuyasan. Ölümdən qafil olma. Əlini sağ yanağına qoyub, sağ tərəfi üstə yat. Vəsiyyət etməkdən qafil olma. Bacardığın qədər Yunusiytə zikrini de”.