İmam Əlinin (ə) hədislərinə əsasən insan həyatına aid 22 məsələnin bəlaları nələrdir?!
Bəla nədir? Hər bir insan həyatında çoxlu sayda bəlalara, imtahanlara rast gəlir. Amma Müqəddəs dinimiz bu bəlaların insanın kamilliyinə xidmət etməli olduğunu çatdırır. Amma eyni zamanda bəla – hər bir anlayışda, halda gizlənə bilən təhlükə mənasındadır.
Aşağıdaki hədisləri oxuyaraq, bəlanın nə olduğunu başa düşməyə çalışdım. Uca Allahdan bizlərə bəlaları anlamağı və onlardan düzgün nəticə çıxarmağı nəsib etməsini istəyirik.
İmam Əli (ə): “Xalq kütləsinin bəlası - pis əməlli alimdir”.
İmam Əli (ə): “Qorxu - bəladır”.
Allahın Peyğəmbəri (s): “Dinin bəlası - nəfsani istəklərdir”.
İmam Əli (ə): “Zənginliyin bəlası - xəstəlikdir”.
İmam Əli (ə.): “Nəfsi istək a- ğılların bəlasıdır”.
İmam Əli (ə.): “İmanın bəlası - şirkdir”.
İmam Əli (ə.): “Yəqinliyin bəlası - şəkkdir”.
İmam Əli (ə.): “Nemətlərin bəlası - nankorluq, naşükrlükdür”.
İmam Əli (ə.): “İtaətin bəlası itaətsizlikdir”.
İmam Əli (ə.): “Əsilzadəliyin bəlası təkəbbürdür”.
İmam Əli (ə): “Ağıllılığın bəlası - hiyləgərlikdir”.
İmam Əli (ə): “İbadətin bəlası - riyakarlıqdır”.
İmam Əli (ə): “Səxavətliyin bəlası - minnət qoymaqdır”.
İmam Əli (ə): “Dinin bəlası - bədgümanlıqdır”.
İmam Əli (ə): “Ağılın bəlası - nəfsi istəklərdir”.
İmam Əli (ə): “Böyüklük və izzətin bəlası - qəzavü-qədərin maneələridir”.
İmam Əli (ə): “Nəfsin bəlası - dünyaya vurğunluqdur”.
İmam Əli (ə): “Məşvərətin bəlası - nəzərləri bir-birinə vurmaqdır”.
İmam Əli (ə): “Hakimlərin bəlası - pis rəftardır”.
İmam Əli (ə): “Vəzirlərin bəlası düşmənçilikdir”.
İmam Əli (ə.): “Alimlərin bəlası mənsəbpərəslikdir”.
İmam Əli (ə): “Rəiyyətin (itaət etməyin) bəlası - itaətsizlikdir”.
İmam Əli (ə.): “Bütün bəlaların başı ləzzətlərə və eyş-işrətə (əxlaqsız həyat sürmək) vurğunluqdur”. (“Mizanul Hikmət” kitabına istinadən)Muhəmmədfərəc Əli,