Hüsnü-zənnin insana verdiyi 10 bərəkət nələrdir?!


Hüsnü-zənn cəmiyyətdə rabitələrə müsbət təsir qoyduğu kimi, özü ilə çox sayda bərəkət gətirir. İslam dini istəyir ki, cəmiyyətdə kamil şəkildə əmin-amanlıq təmin olunsun. Yəni, həm əməl baxımından və həm də fikir və düşüncə baxımından başqaları tərəfindən qəbul olunsunlar. Hüsnü-zənnin gətirdiyi bərəkətlərlə tanış olaq:

1. Məhəbbəti cəlb etmək. İmam Əli (ə) buyurur: “İnsanlara qarşı nikbin olmaq – onların dostluq və məhəbbətinə səbəb olar”.
2. Rahatlıq və əmin-amanlıq. Hüsnü-zənn insana ruhi və psixoloji rahatlıq və hüzur gətirir. İmam Əli (ə) buyurur: “Nikbinlik insanın qəmini azaldar və günahın ağırlığından xilas edər”.

3. Qəlbin pak və səfalı olması. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin qardaşlarınıza gümanlarınızı yaxşı edin. Çünki möminə hüsnü-zənn etmək – qəlbin saflığına və paklığına səbəb olar”.
4. Xəstəliklərdən amanda qalmaq. Mütəxəssislərin nəzərinə görə, o kəslər ki, həyata nikbin baxışlarla baxırlar, onlar həm sağlam olur və həm də uzun ömür yaşayırlar.

5. Günahdan çəkinmək. İmam Əli (ə) buyurur: “Xoşgümanlı olmaq günah ardıcılı olana nicat verər”.
6. Ruhu sağlam olar. Nikbin insanlar başqalarının rəftar və sözlərini həmişə yaxşı tərəfə yozduqları üçün, çox az iztiraba və depressiyaya düçar olurlar.

7. Niyyətin yaxşı olması. İmam Əli (ə) buyurur: “O kəs ki, xoşgüman olar – niyyəti yaxşı olacaqdır”.
8. Çox rahat insandır. İmam Əli (ə) buyurur: “O kəs ki, xoş gümanlı olar – asanlıq edər”. Yəni, bu şəxs bir çox həssaslıqdan və çətinlik etməkdən çəkinən insandır.

9. Bir-birinə etimad etmək. Cəmiyyətdə ən mühüm amillərdən biri də bir-birinə etimad etməkdir. Hüsnü-zənn bu etimadı gücləndirər.
10. Etimadı cəlb etmək. Etimadı cəlb etmək – həyatda lazımlı və zəruridir. Etimadın yaranması üçün isə hüsnü-zənn mühüm amillərdəndir.--Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter