Çətin zamanlarda nikbin (müsbət düşüncəli) olmağı necə bacaraq?


Nikbin düşüncəli insanlar çətin mühitdə qərar tutan zaman streslərinə qalib gələrək, daha doğru nəticələr çıxarda bilirlər. Bu insanlar başqalarından daha sağlamdırlar. Başqaları ilə daha yaxşı rabitə qurmağı bacarırlar. Onlar çətinliklərdən qorxmurlar və tez də çıxış yolu tapırlar. Onların özlərinə etimadı tamdır. Ona görə də həyatlarında müvəffəqdirlər. Başqalarından fərqli olaraq, daha şad həyata malikdirlər. Bəs nikbin olmaq üçün nə etməli?

1. Zehnimizi yenidən qurmalıyıq. Əgər uzun illər boyu mənfi bir şeyin üzərində düşünürsünüzsə, nigaran olmayın – hələ də nikbin olmağınız üçün ümid vardır. Müsbət mövzulara diqqət edərək, zehninizi dəyişdirə bilərsiniz.

2. Mənfi fikirlərdən uzaq olaq. O zaman ki, depressiyaya düşəcəyinizi ehtimal verirsiniz, özünüzü ələ alın və müsbət şeylər haqqında düşünməyə başlayın. İcazə verməyin ki, zehniniz mənfi mühitdə qərq olsun. Həmin mühitdən qaçın və müsbət şeylər düşünməyə başlayın.

3. Başqaları ilə mehriban olaq. Başqalarına mehribanlıq etmək sizi xoşbəxt edəcəkdir. Çalışın onların hisslərini başa düşəsiniz. Onlarla mehriban rəftar edəsiniz. Başqalarına mehribanlıq etmək sizi mənfi fikirlərdən uzaqlaşdıracaqdır.

4. İndiki zamana diqqət edək. Bəzən insan ona əziyyət verən keçmiş fikirlər ardınca olur. Keçmiş – artıq keçmişdir, gərək gələcək və indiki vəziyyətiniz haqqında düşünəsiniz.

5. Həyatın çətinliklərindən dərs alaq. Bilin ki, başımıza gələn hər bir hadisənin hikməti vardır. Əgər bu hadisələrdən dərs alsaq, daha nikbin olarıq.

6. Qədir bilən olaq. Başımıza gələnləri unutmayaq və ətrafımızda bizə yaxşılıq edən hər bir kəsin qədrini bilək. Şükür hissi insana şadlıq gətirər. Artıq mənfi düşüncələr üçün vaxtımız qalmaz.

7. İdman edək. O kəslər ki, davamlı şəkildə idmanla məşğuldurlar – onlar başqalarından daha çox nikbindirlər. Çünki idman insan zehnini gücləndirər və mənfi fikirləri özündən dəf edər. Belə insan müsbət şeylərə daha çox diqqət edər.--Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter