Allah öz bəndələrİnİ nə üçün cəzalandırır?


Cavab:
1. Bir çox ayə və rəvayətlərin bildirdiyi kimi, qiyamət gününün mükafat və cəzaları insanların dünyadakı əməllərinin nəticəsidir. İnsan öz əməllərinin cəzasını çəkməyə borcludur.
Yaşadığımız dünyada əməllərimizin təbii və zəruri sonluğu var. Məsələn, narkotik maddələrə aludə olmuş bir şəxs təbii olaraq ağrı-acıya, xəstəliklərə məhkumdur. Bir müddət spirtli içkilərə aludə olmuş insanın ömrünün qalan hissəsini xəstəliklər içində keçirməsi qaçılmaz bir sonluqdur. Amma elə əməllər də var ki, onların nəticəsi qiyamət günü ortaya çıxır. Özü öz aqibətini təyin edən insanın düşdüyü vəziyyətə görə etiraz etməyə haqqı yoxdur. Həyatını düzgün proqramla yaşayan insan öz xoşbəxtliyini təmin edir. Bizim dünyadakı əməllərimizin Allaha bir təsiri olmadığı kimi, bu əməllər qiyamətdə də Allaha təsirsizdir.
2. Qiyamət günü insana verilən mükafat və cəza ilahi göstərişlərin icrasından asılıdır. Axirət mühakiməsinin böyük tərbiyəvi əhəmiyyəti var. Allah öz qəti vədləri ilə bəndələrini yaxşılığa dəvət edir, onları pis işdən çəkindirir. Bu vədlər qəti olduğu üçün həvəsləndirici və çəkindirici rol oynayır. Əgər bu vədlər dəyişkən olsaydı, öz tərbiyəvi əhəmiyyətini itirərdi. Həmin vəziyyətdə ağır vəzifələri öhdəyə götürmək əhəmiyyətsiz olardı. Bəli, ilahi mükafatlar və cəzalar o zaman səmərə verib ki, sabit və dəyişməz olsun. Allah öz vədinə əməl etməmək sifətindən uzaqdır.

Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter