Oruc tutarkən hansı əməlləri etməklə yüksək sirvəli oruca çatmaq olar?!


Bəzi amillər vardır ki, orucu ən yüksək dərəcəyə qədər qaldıra bilirlər. Bu amillər ilə tanış olaq:

1. Allaha təvəkkül etmək. Orucun yüksəlməsinə səbəb olan amillərdən biri – Allaha təvəkkül etməkdir. “Cövşən-Kəbir” duasında oxuyuruq: “Hər kim Allaha təvəkkül edər – Allah ona kifayət edər”. Təvəkkül, sadəcə bir əxlaqi mövzu deyildir, bəlkə bir elmdir, bir siyasətdir. Yəni, Allahı hər bir işində vəkil etmək, istər əxlaqi mövzular olsun, istərsə də həyatın başqa mövzuları.

2. Təvəssül. Bəli, orucun yüksəlməsinə səbəb olan ən mühüm amillərdən biri də təvəssüldür. İlahi övliyalara təvəssül etmək, İlahi feyz mənbəyi olan böyük şəxsiyyətlərə təvəssül etmək.

3. Sileyi-rəhm. Orucun dərəcəsini qaldıran əməllərdən biri də sileyi-rəhmdir. Bir kişi Həzrət Peyğəmbərdən (s) soruşur: “Ya Rəsulallah! Malımızda olan İlahi haqqı verəndən sonra, malımızda başqa haqq qalırmı?”. Həzrət (s) buyurur: “Bəli, qohumlara yaxşılıq etmək. Sileyi-rəhm edin – hətta su vermək və ya salam verməklə olsa belə”.

4. Əmr-be-məruf və nəhy-əz-munkər. Bəli, bu əməl – vacib olan əməllərdən biridir ki, oruca da təsiri vardır. Hər bir müsəlman daima başqa müsəlmanı pis işindən çəkindirib, yaxşı işlərə dəvət etməlidir. Bu əməl orucun dərəcəsinin də qalxmasına səbəb olar. (Beytutə)

Bu üç şərəfli ayda oruc tutaq və bu ayların fəzilətlərindən bəhrələnək. Orucun dərəcələrini bu 4 amilin vasitəsilə qaldırmağa çalışaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter