Müqəddəs İslam dini aqressiv davranışa necə baxır?!


Aqressiv olmaq elə bir zəhərdir ki, dünya və axirətimizi bada verər. Məsumlarımız (ə) bu əməli kəskin şəkildə qadağan etmişdilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Pis əxlaq və kobud olmaq – əməlləri məhv edər, necə ki, sirkə balın şirinliyini məhv edər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Müsəlmana iki sifət yaraşmaz: simiclik və pis əxlaq”.

Başqa hədisdə oxuyuruq: “Pərdələri cıran günahlar: ödəmək niyyəti olmadan borc almaq, xərcləyən zaman israf etmək, ailəyə və qohumlara simiclik etmək, pis əxlaq, səbirsizlik, dar düşüncəlik, tənbəllik, dindarları yüngül insanlar hesab etmək”.

Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, xarlıq nədir? Buyurur: “Pis əxlaq”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın pis əxlaqa malik olan insanın tövbəsindən kərahəti vardır”.
Soruşurlar ki, bu, necə olur?

Həzrət (s) buyurur: “O zaman ki, tövbə edər, keçmiş günahından daha böyük günahda qərar tutar”. (Beytutə)

Həzrət Peyğəmbəri-Əkrəm (s) başqa yerdə buyurur: “Sizlərə gözəl əxlaqı tövsiyə edirəm. Çünki xoş əxlaqlı – şübhəsiz ki, behiştdə olacaqdır.
Pis əxlaqdan çəkinin ki, pis əxlaqlı – şübhəsiz, cəhənnəmdə olacaqdır”. Allah Təala cəmi iman əhlinə xoşəxlaqlı durum nəsib etsin!/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter