Quran ayələrinə əsasən Şeytan insanın hansı tələləri ilə günaha çəkir?!


O zaman ki, İblisə deyirlər ki, Adəmə (ə) səcdə etsin, o məlun boyun qaçırdır və kafir olur. Bu məlun, Allaha xitabən deyir: “Əgər məni Qiyamət gününə qədər sağ saxlasan, insanları yolundan azdırar və onları Sənə qarşı üsyan etmələrinə şərait yaradaram. Onları ibadət və itaət yolundan geri qaytararam”.

Allah Təala da cavabında buyurur: “(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm – sizin cəzanızdır!»”. (“İsra” 63).

Allah Təala Quranda şeytanın dörd tələsinin adını çəkmiş və onu insanlara tanıtmışdır ki, ondan uzaq olsunlar. Bu tələlər ilə tanış olaq:


1. Birinci tələsi budur ki, insanları təhrik edər və onları itaətsizlik etməyə dəvət edər.

“Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir». (“İsra” 64).


2. Allah Təala yuxarıdakı ayədə buyurur ki, öz ordun ilə onların üzərinə get və fəryad çək. Yəni, şeytanın ikinci tələsi – məlun ordusunun insana hücum etməsidir. Əlbəttə ki, vəsvəsə və təhrik yolu ilə.

3. Sonra buyurur ki, onların malına və övladlarına şərik ol. Yəni, şeytanın üçüncü tələsi budur – haram sərvət toplamaq və haramzadələrin doğulması kimi tələlər.

4. Onlara yalandan vədə vermək də dördüncü tələdir. (Həvzəh)


Allah Təala sonda insanlara xitab edərək buyurur ki, məbada şeytanın bu tələlərinə düşəsiniz. Şeytana isə buyurur ki, Mənim bəndələrim üzərində heç bir hökumətliyin olmayacaqdır. Çünki Mən onları qoruyaram./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter