Hansı 7 çox savablı əməllərə görə Cəbrail (ə) insan olmağı arzu etmişdir?!


Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Cəbrayil mənə demişdir: “Yeddi əmələ görə insan cinsində olub, onları yerinə yetirməyi arzu edirəm. Bu əməllər ibarətdir:


1. Camaat namazında iştirak etmək.

2. Alimlərlə yoldaş olmaq.

3. Bir-birindən küsən iki insanı barışdırmaq.

4. Yetimlərə nəvaziş etmək.

5. Xəstəni ziyarət etmək.

6. Cənazə mərasimində iştirak etmək.

7. Həcc mövsümündə hacılara su paylamaq””.


Sonra Həzrət Rəsuli-Əkrəm (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Bu əməlləri yerinə yetirməkdə səy göstər”. Allah Təala bizləri bu buyuruşa əməl edənlərdən qərar ver!/Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter