İmam Səccadın (ə) hədisinə əsasən O kəslər ki, cəhənnəmin atəş səsini eşitməyəcəklər!!


İmam Səccad (ə) “Əbu Həmzə” duasında Qiyamət qorxusunu belə bəyan etmişdir. “Bu gün ağlayırıq o zaman üçün ki, paltarsız, zəlil və ağır əməl yükü ilə qəbirlərdən çıxacağıq. Bir dəstə insanın üzü gülərdir, razı, xoşhal və başı ucadırlar.
Bunlar kimlərdirlər?
O kəslərdir ki, dünyada sirat körpüsündən ki, həqiqət və batini buradadır – keçməyi bacarıblar. Bu sirat körpüsü ubudiyyət körpüsü, təqva körpüsü və dindarların körpüsüdür. Bu dünyanın siratı cəhənnəm üzərində olan həmin siratdır. Əgər biz burada həmin siratdan diqqət edərək və büdrəmədən keçə bilsək, o biri Siratdan keçmək asan iş olar. Mömin kimi işıq sürəti ilə keçər. Onlar cəhənnəmin həmhəməsini belə eşitmirlər. İnsanın başına gələn ən çətin qorxudur. Mömin bu cismi, ruhu və nəfsi ilə orada olan ən çətin qorxuya görə qəmgin və hüznlü olmaz. (Çünki) onlar bu siratdan keçiblər”. --Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter