Allah-Taalanın (c.c) verdiyi nemətləri dilə gətirmək vacibdirmi?!
Allahın bizə əta etdiyi nemətləri yada salmağın həm fərd və həm də cəmiyyət üçün böyük əhəmiyyəti vardır. Hər kim Allahın nemətini yada salar – o , fitnə və fəsaddan uzaq olar və günahdan qaçar.
Allah Təala insana bir çox hallarda bu nemətləri ona görə verir ki, onu imtahana çəksin. Uca Allah istəyir ki, bəndəsini nemət içində olanda təqvalı rəftar etsin. Və ancaq həqiqətən təqvalı insanlar belə imtahandan üzü ağ çıxarlar. Bu nemətləri yada salmaq insanın qəflətini aradan aparar və Allaha təsbih etməsinə səbəb olar.
Bəzi insanlar Allahın nemətlərinin adını çəkməyi sevmirlər. Elə bilirlər ki, bu nemətlərin adını çəkən zaman təkəbbür göstərmiş olarlar. Halbuki, əgər insan Allahın ona verdiyi nemətlərin adını çəkərsə, bununla bu nemətin əldə edilməsinə təşviq etmiş olar.
Allah Təala buyurur: “Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)”. (“Zuha” 11).
Bir nöqtəni yada salmaq istəyirik ki, əgər insan Allahın ona verdiyi nemətləri yada salırsa, gərək bunu təkəbbürdən və riyadan uzaq halda etsin. Nemət sahibi malik olduğu hər bir neməti Allahdan bilməlidir. Özünü isə ehtiyaclı, xar və zəlil hesab etməlidir. (Həvzəh)
Hər bir halda insan gərək daima bu fikirdə olsun ki, Allahın ona verdiyi nemətləri saymaqla bitirməz. Əgər insan kamala çatmaq istəyirsə, bu nemətlərdən İlahi hədəfinə çatmaq üçün istifadə etməlidir. Nəinki başqa yanlış məqsədlər üçün.
Bu nemətlər sağlamlıq da ola bilər, idrak qabiliyyəti də ola bilər, qavrama və dərk imkanları da ola bilər, malik olduğu var-dövlət də ola bilər.
Hər bir halda insanın tək hədəfi – Allaha bəndəlik və kamala çatmaq olmalıdır. Əks halda nankorluq etmiş olar və nemətlərin məhv olmasına səbəbkar olar./Deyerler.