İnsanın günah fikri etməsi ona mənfi təsiri vardırmı?!


İnsan o zamana qədər ki, günah etməmişdir – ona günah yazılmaz. Ancaq günah fikrində olmağın insan batininə mənfi təsirləri vardır. Məsumların (ə) buyurduğu kimi, günah fikrində olmaq – ağ rəngli otaqda çıraq yandırmağa bənzəyir. Baxmayaraq ki, otağı yandırmaz, ancaq onun divarlarını qaraldar.

Günah fikrində olmaq günah üçün müqəddimələr hazır edər. İnsan yavaş-yavaş elə mərhələyə çatar ki, özünü kontrol edə bilməz və həmin günahı edər.

Məsumlardan (ə) soruşurlar ki, necə olur siz heç günah fikrində belə olmursunuz?
Həzrət (ə) buyurur ki, heç ayaqyoluna gedib, orada olanı dadmaq istəmisənmi?

Həmin şəxs deyir ki, xeyr. İmam (ə) buyurur ki, bizim də günaha baxışımız o cürdür. Bəli, bütün kamala çatmış insanlar üçün günah fikrində olmaq – belə pisliklər kimidir. Ona görə də günaha batmırlar, çünki onun haqqında heç düşünmürlər də belə.

Bəli, günah fikri yerinə yetməsə belə, insanın batininə mənfi təsirlər qoyur. Ona görə də əgər günah etmək istəməyək və heç günah fikrində belə olmayaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter