Qurani Kərimdə çəkilən məsəllər hansı 3 məqsədləri çatdırmaq üçündür?!
“Məsəl” sözünün lüğətdəki mənası – bənzətmə, qissə, hüccət, ibrət, əlamətdir. Qurani-Kərimin məsəlləri insana ibrət vermək və qəflətdən oyatmaq üçün nazil olmuşdur. Misal üçün, qeybət etməyin qardaşın ətini yeməyə bənzədilməsi kimi. Məsəllərin növləri:
1. Təzəkkür verən məsəllər. “O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır). Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər”. (“İbrahim” 25).
2. Təfəkkür etməyə səbəb olan məsəllər. “Əgər Biz bu Qur’anı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr”. (“Həşr” 21).
3. O məsəllər ki, idraka səbəb olar. “Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. (“Ənkəbut” 43).