Böyük əxlaq ustadı olan Ayətullah Zahid Müttəqi hansı dörd şeydən çəkinməyi tapşırardı?!


Ayətullah Zahid Müttəqi vəfat etməzdən bir il əvvəl, Şeyx Hadi Talihi onu ziyarət edir. Nəql edir:

\"Onun yanından çıxıb getmək istəyəndə, alim deyir: “Əyləş!”.

Mən əyləşdim.

O, buyurdu: “Bismilləhir-Rahmənir-Rahim! Axund bizə deyərdi: dörd şeydən uzaq olun, uzaq olun!

1. Çoxlu danışmaqdan.

2. Çoxlu yeməkdən.

3. Çoxlu yatmaqdan.

4. Qəflətdə olan insanlarla çoxlu rabitə qurmaqdan.

Bu əməllərin yerinə Allahı zikr et gözəl adları ilə. Sükut et, müti ol, Allahla xəlvətdə münacat et və zikrini söylə”\". (Həvzəh)

Bəli, hər kim həqiqi mömin olmaq istəyirsə, gərək bu dörd əməldən çəkinsin və alimlərin tövsiyə etdiyi əməlləri yerinə yetirsin. Ancaq o zaman həqiqi salik olar və Allah yoluna qədəm basmış olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter