İmam Əlinin (ə) hədisinə əsasən İnsanın ən həqiqi, ən güclü dostu kimdir?!


Hər bir fərdin və cəmiyyətin dostu – ağıldır. Hər bir insanın və cəmiyyətin düşməni – cəhalətdir. O kəs ki, düz danışar, haqqı deyər – həm özü rahat olar, həm də cəmiyyət. İmam Əli (ə) buyurur ki, əgər kimsə aqil olsa, onun dostu həmin ağıl olar. İmam Rzaya (ə) sual verirlər ki, insanlara Allahın hüccəti nədir? İnsanlar haqla batili necə ayırd etsinlər?
İmam (ə) buyurur ki, insanlara hüccət – ağıldır. Yəni ağıl insanlara Allahın hüccətidir.

Belə bir ağıl – bürhani ağıldır. O qədər qüdrətlidir ki, qorxunu, yanlış xəyalları, şəhvəti və qəzəbi insandan dəf edər.

Hər kim vahimə və xəyal səviyyəsində hökm olunar, onun ağlı zəif olar. Çünki güclü ağıl vahiməyə, xəyala, şəhvət və qəzəbə qalib gələr. Belə insan heç bir zaman yersiz söz danışmaz.

Quranın nəzərinə görə, xəyalları əsasında yaşayan insanlar muxtal adlandırılmışdır. Muxtal o kəsdir ki, xəyal məhdudiyyətində düşünər. Bürhan ondan uzaq olar.

O, hər zaman bürhansız danışar və həm də bürhansızlığı qəbul edər. Bu insanlar aqil deyildirlər. Elə bir gücə malik deyildirlər ki, cəhalətlərinin qarşısını alsınlar. Muxtal insanı Allah sevməz.

İmam Rzadan (ə) soruşurlar ki, insanın dostu kimdir? İmam (ə) buyurur ki, insanın bir dənədən çox dostu yoxdur və o da dərk qüvvəsidir. Əgər bu nurani hədis barəsində düşünsək görərik ki, həqiqətən də belədir. Ağıl insana hər yerdə lazımdır və ona görə də insanın ən yaxın dostu onun ağlı olmalıdır, cəhaləti deyil. (Həvzəh)

Məhz ağıl haqqı batildən ayırar və insana doğru yolu göstərər. Ancaq ağıl insanı Allaha tərəf yönləndirə və İlahi qürb məqamına çatmasına yardım edər. Hər kim dünyada ağılı ilə hökm verərsə, həm dünyası və həm də axirəti abad olar. Belə bir insan yaxşı bilər ki, Quran nədir, İtrət (ə) nədir və hansı yol Siratül-müstəqimdir.

Ona görə də ən yaxın dostumuz olan ağılın dediklərinə qulaq asaq və xəyal, vahimə, şəhvət və qəzəbdən uzaq olaq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter