Həzrət Muhəmmədə (s) kim Rəsulallah ləqəbini vermişdir?


Hədislərdə oxuyuruq ki, ilk dəfə Cəbrayil Əmin (ə) Həzrət Muhəmmədə (s) Rəsulallah deyə xitab etmişdir. Hədislərimizin buyurduğuna görə, İslam Peyğəmbəri (s) besətdən əvvəl, 37 yaşında olanda yuxuda görür ki, çobanlıq edir və bir nəfər yanına gəlib deyir: “Ya Rəsulallah!”. Həzrət (s) ondan soruşur: “Sən kimsən?”. Deyir: “Mən Cəbrayiləm. Allah məni göndərmişdir ki, səni Rəsul ünvanında qərar verim”. Həzrət Peyğəmbər (s) bu yuxunu heç kəsə danışmırdı.

Bu hədisə əsasən, Peyğəmbərə (s) ilk Rəsulallah deyən kəs Cəbrayil (ə) olmuşdur. Həzrət (s) məbus olduqdan sonra isə bütün müsəlmanlar, o cümlədən İmam Əli (ə) və başqa səhabələr ona “Rəsulallah” deyə xitab etdilər. Ancaq bəzi müsəlmanlar Peyğəmbərin (s) qədrini bilmirdilər və onu ədəbli şəkildə çağırmırdılar. Sanki özləri ilə eyni sırada olan insanı çağırırmış kimi, Həzrəti, “Muhəmməd (s)” deyə səsləyirdilər. Allah Təala onların bu ədəbsizliyinin qarşısını almaq üçün buyurdu: “Peyğəmbərin sizin aranızdakı (hər hansı bir din və dünya işindəki) dəvət və çağırışını sizdən birinin digərini dəvət və çağırması kimi hesab etməyin (və onu əhəmiyyətsiz saymayın). Həqiqətən Allah (Peyğəmbərin dəvətindən sonra onun məclisindən) bir-birinin kölgəsində (xəlvətcə) yavaş-yavaş camaatın arasından çıxanları tanıyır”. (“Nur” 63).

Allah Təala bu ayədə müsəlmanlardan istəyir ki, Həzrəti (s) çağıran zaman ona ehtiram qoysunlar. Bu ayə nazil olduqdan sonra bütün müsəlmanların üzərinə vəzifə düşdü ki, Həzrəti (s) ən gözəl adlarla, o cümlədən “Ya Rəsulallah (s)” ləqəbi ilə çağırsınlar. Hətta Həzrətin (s) əziz qızı Həzrət Fatimə (s.ə) belə atasını bu cür çağırardı. Ancaq Peyğəmbər (s) ona buyurur: “Mən istəyirəm ki, ilə məni “ata” kəlməsi səsləyəsən”. -Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter