Həzrət İsanın (ə) ardınca suyun üzərində yeriyən insanın əhvalatı


İmam Sadiq (ə) nəql edir: “İsanın (ə) təbliğatdakı yolu bu idi ki, səfərə çıxardı. Bir gün səfər niyyətilə şəhərdən çıxdı və səhabələrin arasında qısa boya malik olan bir nəfər var idi. İsa (ə) dənizə çatan zaman yəqinliklə Allahın adını çəkir və suyun üzərində yeriməyə başlayır. Bunu görən həmin kişi də İsa kimi Allahın adını yəqinliklə çəkir və İsanın ardınca suyun üzərində yeriməyə başlayır.

Bu zaman təkəbbür ona qalib gəlir və öz-özünə deyir: “Bu, İsa (ə) Ruhullahdır və suyun üzərində yeriyə bilir, mən də onun kimi yeriyirəm. Onun məndən üstünlüyü nədədir ki?””.

İmam Sadiq (ə) davamında buyurur: “Elə ki, belə düşünür – suya düşür və İsanı ona yardım etməsi üçün çağırır. İsa onu sudan çıxardır və o, düşüncələrini İsaya (ə) danışır və deyir ki, təkəbbürə düçar olmuşdur”.


İsa buyurur: “Allahın qəzəbinə düçar olmusan və dediklərinə görə Allah dərgahında tövbə et”.

İmam Sadiq (ə) sonda buyurur: “O kişi tövbə edir və Allahın ona verdiyi məqama geri qayıdır”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter