İmam Kazım (ə) dünyaya gələn zaman, imamətin hansı məxsusi əlamətlərini göstərmişdir?
Minhal Qəssab nəql edir: “Mədinəyə getmək niyyətilə Məkkədən çıxdım və o zaman ki, şəhər qapısına çatdım, eşitdim ki, İmam Sadiq (ə) övlad sahibi olmuşdur. Mən Mədinəyə Həzrətdən (ə) bir gün əvvəl çatmışdım.
İmam (ə) bu əziz övladının dünyaya gəlişi münasibətilə üç gün ehsan verdi. Mən də o kəslərdən idim ki, İmamın (ə) bu süfrəsində əyləşmişdim. Orada yemək yeyəndən sonra o birisi günü yemək yeməyə ehtiyacım olmadı, çünki mədəm dolu idi. Sonrakı günü yenə həmin süfrədən yemək yedim”.
Əbu Bəsir nəql edir: “İmam Sadiqin (ə) övladı Həzrət Musa (ə) dünyaya gələn zaman mən Həzrətlə (ə) bir yerdə idim. Əbvada yerə endik və İmam (ə) bizim üçün süfrə açdı. Bu zaman Həmidənin elçisi, İmamın (ə) yanına getdi və dedi ki, Həmidə deyir: “Məndə doğumun əlamətləri meydana gəlmişdir. Özün məndən istəmişdin ki, bu xəbəri sənə verəm ki, bu uşaq başqa uşaqlar kimi deyildir”.
İmam Sadiq (ə) sevindi və bizə tərəf gəldi və təbəssüm etdi.
Biz dedik: “Allah həmişə üzünüzü gülərüz və dodaqlarınızı təbəssümlü etsin. Həmidənin halı necədir?”.
İmam (ə) buyurdu: “Allah mənə bir oğlan övladı əta etmişdir ki, onun ən üstün məxluqudur. Həmidə onunla bağlı mənə xəbər göndərmişdi. Xəbərdə deyirdi ki, körpə dünyaya gələn zaman əllərini yerə qoydu və başını səmaya qaldırdı. Mən də ona xəbər göndərdim ki, bu əlamət – İmamətin əlamətidir”.
Soruşduq: “Sənə qurban olaq! Bu əlamət necə İmamətin nişanəsidir?”.
İmam (ə) buyurdu: “O zaman ki, cəddimin nütfəsi bağlanmışdı, cəddimin atası yatırmış və onun yanına bir kişi gəlir və əlində bir kasa var idi.
Kasanın içində isə süddən ağ və şirin və buz kimi soyuq bir içəcək vardı. Həmin kişi dedi ki, bu şərbəti iç. Bundan sonra cəddimin nütfəsi bağlanır.
Mənim nütfəm bağlanan zaman bir nəfər atamın yanına gəlir və ona da belə şərbət gətirmişdi. O şərbəti içəndən sonra mənim nütfəm bağlanır.
Bu oğlumun nütfəsi bağlanan zaman mənim də yanıma bir kişi gəldi və həmin şərbəti mənə içizdirdi. Bu səbəbdən deyirəm ki, Allaha and olsun ki, o məndən sonra sizin üzərinizdə əmr sahibidir”.
Bundan sonra İmam Mədinəyə getdi və üç gün süfrə açıb ehsan verdi”. -Deyerler.