Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...


Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (ə) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.

O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (ə) sevənlərdən idi.


Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır. (Tebyan)


Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir.

Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (ə) öhdəsinədüşmüşdür.

Nəql edirlər ki, nə zaman Abbasın övladlarından biri İmam Səccadın (ə) yanına gəlsəydi, Həzrət (ə) göz yaşlarını saxlaya bilməzdi.../Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter