Bəni İsrailin müraciətinə görə Həzrət Məryəm (s.ə) Harunun bacısı idimi?


Quranda belə bir ayə vardır: “Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub”. (“Məryəm (s.ə)” 28).

Bəziləri bu ayəyə əsasən iddia edirlər ki, Həzrət Məryəm (s.ə) Harunun (ə) bacısı olub.



Həzrət Məryəm (s.ə) Harunun (ə) bacısı deyildir. Çünki xanımın qardaşı olmamışdır. Sadəcə Bəni-İsrayil öz aralarında ona “Uxti Harun” (“Harunun bacısı”) deyirdilər. Harunla (ə) Məryəmin (s.ə) arasında onillərlə fasilə vardır.



Bəni-İsrayilin Məryəmi (s.ə) Harunun (ə) bacısı kimi çağırması barəsində təfsirçilər deyir ki, Harun çox pak və saleh insan olmuşdur. Bəni-İsrayil arasında o qədər məşhur olmuşdur ki, hər kimi pak insan kimi tanıtmaq istəyən zaman deyərdilər: “o, Harunun bacısıdır”, ya da “o, Harunun qardaşıdır”.



Nəql edilir ki, Peyğəmbər (s) Müğeyrəni Nəcrana göndərir. Bir qrup xristianlar Qurana işarə edərək deyirlər ki, məgər siz Həzrət Məryəmi (s.ə) Quranda Harunun bacısı adlandırmırsınız? Halbuki hamı yaxşı bilir ki, Məryəm (s.ə) ilə Harun arasında xeyli zaman fasiləsi olmuşdur və onlar bacı-qardaş olmamışdır.



Müğeyrə bu suala cavab verə bilmir. Ona görə də cavabını Həzrət Peyğəmbərdən (s) soruşur. Həzrət (s) buyurur: “Niyə onların cavabında demədin ki, Bəni-İsrayil arasında adət idi ki, yaxşı insanları peyğəmbərlərə (ə) və salehlərə nisbət verərdilər”. ( Həvzəh)



Beləliklə deyə bilərik ki, Həzrət Məryəm (s.ə) Harunun bacısı olmamışdır. Sadəcə çox pak və saleh bir insan olduğu üçün, onu Haruna sanki mənəvi qohum nisbət vermiş və bacısı adlandırmışdılar. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter