Quranda bir surə nə üçün “bismillah” kəlməsi ilə başlamır?


Qurani Kərimdə 114 surə vardır və bunlardan yalnız biri “Bismillahir-rəhmanir-rəhim” kəlməsi ilə başlamır. Qalan bütün surələr bu mübarək kəlmə ilə başlayır.

İslam təfsir alimlərinin “Bismillahir-rəhmanir-rəhim” kəlməsi barəsində fikiri budur ki, bu kəlmə surənin bir hissəsidir. Lakin Qurani Kərimdə 9-cu surə olan “Tövbə” surəsi “bismillah” zikr olunmadab başlayır. Bunun səbəbi barədə müxtəlif fikirlər səsləndirilib.



Məcməul-bəyan təfsirində Fəxr Razidən nəql olunan bir hədisdə İmam Əli (ə)-ın bu barədə belə buyurduğu qeyd olunur:

“Tövbə surəsinin əvvəlində “Bismillahir-rəhmanir-rəhim” ayəsi zikr olunmayıb. Çünki “Bismillah” aman və ilahi rəhmətdir. Tövbə surəsi isə kafirlərin amanını qılınca pozmaq üçün nazil olub. (Yəni əhdi sındıran kafirləri cəzalandırmaq üçün). – (Məcməul-Bəyan c-2. Səh-5)



Hənçin Tövbə surəsinin özündən öncəki Ənfal surəsinin davamı olduğunu deyən təfsirçilər də vardır və onlar hesab edir ki, Tövbə surəsindəki əhdlə bağlı ayələr Ənfal surəsindəki ayələrin davamıdır. Həmçinin İmam Sadiq (ə)-dan nəql olunan hədis də bunu təsdiqləyir. Hədisdə buyrulur:

“Tövbə və Ənfal birlikdə tək surədir.” (Məcməul-Bəyan c-5. Səh-1)



Qeyd edilən iki hədisin bir-biri ilə ziddiyyəti yoxdur. Çünki Tövbə surəsi Ənfal surəsinin davamı olsa belə İmam Əli (ə)-ın bu haqda buyurduğu mətləbi həmin hissəyə də aid etmək olar./İslaminSesi



© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter