Duanın insan taleyində nə belə təsiri vardır?! Hizqil Nəbinin (ə) müjdəsi


Bəni İsraildən olan Hizqil Nəbiyə Allah-Taaladan (c.c) ilham olundu ki, filan hakimə denən ki, az bir müddətdən sonra öləcəksən! Hizqil Nəbi (ə) İlahi mesajı ona çatdırdı!

Hakim çox qorxaraq təsirləndi. Taxtının üstündə Allahla münacat və duaya məşğul oldu. O qədər münacat və dua etdi ki, zəifləyərək taxtından yerə düşdü.
Duasında belə deyərdi: “Mənim Rəbbim! Mənə o qədər fürsət ver ki, övladım böyüsün və işlərimi sahmana sala bilim!”

Allah-Taala (c.c) hakimin duasını qəbul edərək Hizqil (ə)-a vəhy etdi: Get hakimə denən ki, sənin ölümünü 15 il daha gecə saldım.”
Hizqil Nəbi ərz etdi: Ey Mənim rəbbim! Bilirsən ki, mən heç zaman yalan danışmamışam.

Ona vəhy olundu: Sən əmrə tabe olansan, get və bu xəbəri ona çatdır.”
Mənbə: Bihar Əl-Ənvar, cild: 4, səh-112/sualcava.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter