Allah –Taala (c.c) Hz Adəmə (ə) bəşəriyyətin vəzifəsini hansı 4 cümlədə açıqladı?!
İmam Sadiq (ə) buyurdu: “Allah-Taala Hz Adəmə (ə) vəhy edərək belə buyurdu:
“Mən bütün sözləri dörd cümlədə sənin üçün bəyan edirəm!”
Hz Adəm (ə) ərz etdi: “İlahi! Bu cümlələr nələrdir?”
Allah-Taala (c.c) buyurdu: “Onlardan biri mənəm, biri sənsən, üçüncüsü isə Mənimlə sənin arandadır və dördüncüsü isə səninlə insanlar arasındadır.”
Hz Adəm (ə) ərz etdi: Onları mənim üçün açıqla, başa düşəm!
Uca və əzəmətli Allah buyurdu:
1-O bir şey ki, Mənə aiddir, odur ki, Mənə bəndəlik edəsən və heç bir şeyi mənə tay və şərik seçməyəsən,
2-O bir şey ki sənə aiddir, Mən sənin əməllərini qarşılığı verəm, o zamanda ki, hər zamandan daha çox ona ehtiyaclı olduğun vaxtda!
3-Və amma o bir şey ki, səninlə Mənim aramdadır, sənin dua etməndir və Mənim qəbul etməyimdir.
4 -Son olaraq o bir şey ki, səninlə insanlar arasındadı, budur ki, o bir şeyi ki, özünə bəyənirsən camaat üçün də bəyənəsən, və o bir şeyi ki, özünə xoşlamayasan insanlar üçün də rəva bilməyəsən.” Mənbə: Nasix Ət-Təvarix kitabı, səh: 23