Allahı tnımaq üçün Qurani Kərimdə əsas hansı üç dəstə ayəyə diqqət etmək lazımdır?!
Əgər insan nəfsini tərbiyə edərək, Allaha tərəf hərəkət edərsə, yeni maarif yolları onun üzərinə açılar. Bir çox həqiqətləri dərk edər. İnsanın Allahı və məadı dərk etməsi üçün üç dəstə ayələrə diqqət etməsi zəruridir.
1. O ayələr ki, həqiqi Məbdə və Xaliqin Allah olduğunu bildirir. İnsanın Allahla rabitəsinin qət olmaması üçün gərək daima Allahı və Onun nemətlərini xatırlasın. Necə ki, buyurur: “Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir”. (“Bəqərə” 231).
2. O ayələr ki, seyr və suluk yolunun Allaha tərəf olduğunu vurğulayar. Quranın nəzərinə görə, insanlar dünya və axirətdə aydın qəlbli və kor qəlbli olurlar. Aydın qəlbli insanlar o kəslərdir ki, Qiyamət günü əməl dəftərləri sağ əlinə verilər. Onu oxuyub görə bilərlər. Ancaq o insanların ki, qəlbi kordur, onlara fərqi yoxdur ki, əməl dəftərini hansı əlinə verəcəklər. Bu batini korluq dünyadan başlayar.
3. O ayələr ki, bizə daima Allahı xatırlamağı öyrədir və yol göstərir. “Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41).
“Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” (“Bəqərə” 197).
“Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz”. (“Bəqərə” 198).
Beləliklə, deyə bilərik ki, Quranın bu üç dəstə ayələrinə daha çox diqqət edək və daima Allahı və məadı xatırlayaq./ Deyerler.