Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir?!


Bəziləri belə hesab edir ki, ancaq namaz qılmaq, oruc tutmaq, həccə getmək bu kimi mübarək işlər ibadət hesab olunur.

Halbuki, insanlara diqqət edib, onların ehtiyacını aradan qaldırmaq da ən üstün ibadətlərdən hesab olunur. Dinimiz buyurur ki, mömin laqeyd olmamalıdır. Yanında can verən insana qarşı heç bir əməl nümayiş etdirmirsə – o şəxs dindən xaric olmuş deməkdir.



Həzrət Peyğəmbər (s) buyurur: “Ən abid insan o kəsdir ki, insanlara qarşı başqalarından daha çox xeyirxah olar. Bütün müsəlmanlara qarşı sağlam qəlbli və səfalı olar”.

Ona görə də hər kim başqalarına xidmət edərsə, əmin olsun ki, Allaha ibadət etməklə məşğuldur.



Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanlar bir-biri ilə qardaşdırlar. Qanlarının qanının dəyəri də bir-biri ilə bərabərdir. Onların ən kiçik fərdinin belə verdiyi aman və öhdəçilik – hamısı üçün möhtərəmdir. …”.

Ona görə də bir müsəlman başqa müsəlmanın narahatlığına qarşı laqeyd olmamalıdır. Əksinə, əlindən gələn qədər ona xidmət etməli və ehtiyacını aradan qaldırmalıdır.



Hədislərin birində oxuyuruq ki, hər kim Allah tərəfindən verilən imkanları din qardaşlarını ehtiyacını aradan qaldırmaq yolunda işə salmazsa, onu mütləq günaha və Allah düşmənlərinə xidmət yolunda qərar verər.



İmam Sadiq (ə) buyurur: “O mömin ki, din qardaşına yardım etməz, halbuki bu qüdrətə malik olar, Allah onu öz halına buraxar. Dünya və axirətdə onu xar və zəlil edər”. (İslami saytlara istinadən)



“Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”. (“Maidə” 2).



Qiyamət günü Peyğəmbərə (s) ən yaxın olanlar kimdir?

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərin mənə ən yaxın olanı o kəsdir ki, danışığında doğruçu, əmanətdarlıqda möhkəm, əhdində vəfalı, əxlaqında gözəl, insanlara qarşı daha yaxın və xidmət edən olar”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter