İnsanların hacətini yerinə yetirməklə Allah-Taala (c.c) insana nəyi bağışlayar?!
Deyerler.org: İmam Zaman ağa (ə.f) buyurur: “Hər kim Allah Təalanın hacətinin ardınca olar, Allah da onun hacətinin yerinə yetməsinin ardınca olar”.
Hədisin şərhi.
Bu hədisi Şeyx Səduq nəql etmişdir. Belə ki, İmam Zaman ağa (ə.f) Əbi Həlisin hacətinə görə ümumi olaraq bəzi əxlaqi mövzulara işarə edərək buyurmuşdur: “Hər kim Allahın hacətinin yerinə yetirmək ardınca olar, Allah da onun hacətinin ardınca olar. İstəyini yerinə yetirər”. Bu hədisdə Həzrət (ə.f) Allahın hacəti dedikdə İmam Hüseynin (ə) ziyarətini nəzərdə tutmuşdur. Ancaq ümumi bir mövzuya toxunmuşdur və İmam Hüseynin (ə) ziyarətini o mövzulardan biri kimi göstərmişdir. Yəni, insan elə iş görər ki, əcri Allahın istədiyi olsun, bu işi Allahın hacəti və istəyi adlandırmaq olar. Allah da onun işini islah edər.
Allah Təala heç kəsə möhtac deyildir, əksinə biz bəndələr Ona möhtacıq. “Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil”. (“Fatir” 15).
Allahın hacəti dedikdə, xəlqin hacəti nəzərdə tutulur. Başqa sözlə desək, hər kim insanların hacətini yerinə yetirər, sanki Allahın hacətini yerinə yetirmiş kimi olar. Hər kim Allahın əmrlərinə müti olar, Allah da onun hacətini yerinə yetirər.