İnsanın dinə tərəf yönəlməsini zəruri edən 4 səbəb hansılardır?!
Quran ayələri və hədislərin bizə verdiyi dini təlimə əsasən demək olar ki, insanların bu səbəblərdən dinə ehtiyacları vardır:
1. Ağılın inkişafı üçün. Ağıl əgər inkişaf edərsə, həqiqətləri dərk edə bilər. Ona görə də İlahi peyğəmbərlərin (ə) və övlyaların vəzifəsi insanların əqli inkişafını tərəqqi etdirmək olmuşdur. Çünki ağlın inkişafı dinin inkişafı deməkdir. Ağıl inkişaf etdikdə fitri ehtiyaclarını təmin etmək istəyir və dinə üz çevirir. Bu səbəbdəndir ki, İmam Əli (ə) peyğəmbərlərin (ə) besətinin hədəflərindən birini, ağıl xəzinələrinin aşkar edilməsi kimi tanıtmışdır.
2. Qanun sistemi yaranar. İnsan ictimai mövcud olduğu üçün həyat ehtiyaclarını başqa insanlarla birlikdə aradan qaldırır. İctimai cəmiyyətin bəzi tələbləri vardır, o cümlədən: ədalətli əmin-amanlıq, ədalətli qanun və ona əməl etmək. Ağıl və elm, maddi və qeyri-maddi alimlərin etirafı ilə ancaq məhdud bilikləri əldə edə bilər. Hökumətin ədalətli idarə olunması üçün daha ali bir qüvvənin qanunları lazımlıdır ki, bunu da bizə din təqdim edir. Çünki dinin təqdim etdiyi qanunlar insanları ancaq səadətə tərəf aparır.
3. Əxlaq və tərbiyə. İnsanın məhdud ağlı əxlaqın fəzilətli sifətlərini tanıyıb, təfsir etməyə qadir deyildir. Buna ən yaxşı misal olaraq, bugünkü məktəblərin bəşərə təqdim etdiyi əxlaqi dəyərləri göstərmək olar. Bəziləri onu ləzzətdə görürlər, bəziləri isə ləzzəti tərk etməkdə, bəziləri qüdrət əldə etməkdə görürlər. Ona görə də ən faydalı və insanlıq üçün ən əlverişli yol – dinin müəyyən etdiyi əxlaqi dəyərlərə üz çevirməkdir. (Həvzəh)
4. İlahi hüccətin tanıdılması. Hər kim İlahi hüccətini tanıyar – dinini, Allahını tanımış olar. Ona görə də dini təlimlər arasında İlahi hüccəti tanımaq – zəruri mövzulardan hesab olunur. Əlbəttə, İlahi hüccəti tanımaq dedikdə, ona iman gətirib əmrlərinə itaət etmək nəzərdə tutulur. Onun bizə təqdim etdiyi İlahi əhkam və qanunlar – Allahın qanunları və əhkamlarıdır. Qurani-Kərim bu haqda buyurur: “Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik”. (“Nisa” 80).
İmam Sadiq (ə) buyurur: “Hər kim İmamını tanımadan ölərsə, cahiliyyət ölümü ilə ölmüş olar”./deyerler.