Zəmanə İmamını (ə.f) öz əməllərimizlə Necə cür yad edək?! – Dəyərli bir nəsihət


İmam Sadiq (ə) buyurdu: “Qaim İmam (ə.f) bizim yanmış qəlbimizin atasıdır.” İslaminSesi.info Ustad Darastaninin zəmanə İmamını daima yaddaşda, qəlbdə saxlamaq üçün dəyərli tövsiyəsini təqdim edir:

İmam Sadiq (ə) buyurdu: “İmam Qaim (ə.f) bizim yanmış qəlbimizin atasıdır.” İnsan hər vaxt hər hansı məsumun (ə) hərəminə gedərkən onları mənəvi ata bilib deyə bilər: “Salam olsun sənə Atacan!” Onları (ə) sınıq qəlblərin, qəmə düçar olanın atası adı ilə də çağıra bilər.

Əgər biz öz məhəbbətmizi İmam Zamanın (ə.f) qəlbində çoxaltmaq istəyiriksə, bunu bir neçə yolla edə bilərik:

1-ci bütün xeyir əməllərimizi İmamın (ə.f) pak vücudunə hədiyyə edək... Sədəqə vermək istəyirik, xeyir iş görmək istəyirik, valideynlərimizin ruhuna hədiyyə etmək üçün iş görmək istəyirik. Bunların hamısını o Həzrətin (ə.f) yolunda edək!

Cümə gecəsində ata-analarımızın ruhuna ehsan vermək istəyirik. Bütün bunları İmama (ə.f) hədiyyə etməklə edək və deyək:

“Ağacan vəfat edən ata-analarımıza nəzər elə!” Övladın xəsdədirsə, ona qan vermək istəyirsənsə və ya qurban ehsan etmək istəyirsənsə, bunları Höccətin niyyətinə elə və de: “Ağacan! Övladımıza nəzər elə!”

İmam Sadiq (ə) buyurub: “Hər kəs Höccətin yolunda bir dirhəm xərcləsə, bu öz yolunda xərclədiyi 2 milyon dirhəmdən əfzəldir.”

Hz. Əli (ə) Qədir-Xumda buyurdu: “Hər kəs Qədir-Xumda mənim üçün bir tümən xərcləsə, mən ona 200 min tümən qaytararam.”

Həyatında etmək istədiyin bütün xeyirləri Həzrət Höccətə (ə.f) hədiyyə elə.

Əgər İmamın (ə.f) sənin üçün bir şey etməyini istəyirsənsə de: Ağacan mənə, övladıma, ata-anama nəzər elə.

Niyə bu qədər qiymətimiz var bilirsinizmi? Hansı birimiz digərimiz üçün 2 milyon xərcləyər? Heçbirimiz!

Əslində İmam Sadiqin (ə) demək istədiyi bu dur ki, İmam Zamanı dsaima yadda, nəzərdə saxlayın! Həzrəti yad edin!

Müxtəlif bəhanələrlə o Həzrətin (ə.f) hüzuruna yetişin. Bu kimi xeyir işlərdə bir tümənin 2 milyon qarşılığı var!

İmam Zaman (ə.f) bizim üçün cox ciddi bir məsələdi!

Əli ibn Məhziyarın babası deyir ki, İmam Sadiq (ə) İmam Mehdinin (ə.f) adından 3 ədəd əqiqə qurbanı kəsdi. Soruşdum: Ey Mövlam! Əqiqə qurbanı üçün bir qoyun kifayət etmirmi?

İmam (ə) buyurdu: Övladım Mehdi (ə.f) üçün 1000 əqiqə qurbanı kəsilsə belə azdır.

Həzrəti Mehdinin (ə.f) qəlbində məhəbbət qazanmağın bir yoluda, fəqir və yoxsul Şiələrə yardım etmək və onların halına yanmaqdır.

İmam Sadiq (ə) buyurub: Bir Şiənin cətinliyini həll etmək 1000 rəkət müstəhəb namazdan üstündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter