MƏSİHILİKDƏ ÜÇ FİRQƏNİN, QOLUN YARANMASI NECƏ BAŞ VERDİ?
Cavab: Ərəbcə “Casiliq” adlanan katolik papanı dini rəhbər kimi qəbul edən məsihi firqəsinə deyilir.
Məsihilikdə keşişdən yuxarı dini rütbəyə malik olan yеpiskоplаr bir vaxt bir-birindən fərqlənmirdilər. Amma zaman keçdikcə isgəndəriyyə, antakiyyə, kаnistаnt və rum yеpiskоplаrı gücləndilər və ilk üç kilsənin yеpiskоplаrı “Patriarx” və rum yеpiskоpu “papa”, yəni ata ləqəbini aldılar.
Puls öz risaləsini yazdıqdan sonra rum kilsəsi bütün xristian, məsihi dünyasında şöhrət qazandı. Rum (Roma) papaları dünyanın ən böyük kilsəsi rütbəsi ilə kifayətlənməyib, yavaş-yavaş bütün dünya kilsələrinə hakim olmağa çalışdılar. Onlar bildirirdilər ki, həzrət İsa Petrisi özünə canişin təyin etdiyindən və Petris Roma şəhərinin ilk yеpiskоpu olduğundan Roma yеpiskоplаrı Petrisin canişinləri kimi yer üzünün bütün kilsələrinə hakim olmalıdırlar.
Beşinci əsrdə Lui bütün xristian kilsələrinə başçılıq iddiasına düşdü. Qərbin bir çox yеpiskоplаrı onu dəstəklədilər. Amma şərqdə kоnstаntiyyә, antakiyyə patriarxlara və İran kilsələrinin yеpiskоplаrı onun hakimiyyətini tanımaqdan imtina etdilər. Bu imtinalar səbəbindən qərbin latın dilli kilsələri ilə şərqin yunan və suriya dilli kilsələri arasında parçalanma baş verdi.
Xristian kilsənin bu iki kilsəsi bu günədək bir-birindən ayrıdır. Yunan Ortodoks kilsəsi Yunanıstan və Rusiyada fəaliyyət göstərir. Roma katolik kilsəsi isə Аvropa və Аmerikada hakimdir. Bu iki kilsə əqidə baxımından bir o qədər fərqlənməsələr də, Roma papasının hakimiyyəti onlar arasında ixtilafa səbəb olmuşdur. Əlbəttə, ikinci dərəcəli məsələlərdə də fikir ayrılıqları mövcuddur.
Protestantlıq (lüğət mənası “etiraz”) çox saylı ardıcılları olan məsihi firqəsidir. Bu firqənin yaranmasının əsas səbəbi papa üsul-idarəsi, məsihi ruhanilərinin dünyapərəstliyi, günahkarlara bağışlanma kağızı satılması, xalq üçün artıq əzab-əziyyət yaradılması, elm adamlarının sıxıntıya salınması olmuşdur. Əslində protestantlıq xristian islahatçılığıdır. Protestantların rəhbəri Martin Lüter olmuşdur. O, xristian dünyasının ən böyük islahatçısıdır. Martin Lüter 1517-ci il oktyabr ayının 31-də Vitenburq kilsəsinin divarına elan yapışdırmaqla mərhəmət satanlara, keşişlərin özbaşınalığına etirazını bildirmişdir. Bu hadisədən xəbər tutan Roma papası onu Romada saxlatdırmışdır. Amma Martin Lüter Roma papasına itaətdən boyun qaçırmış, öz mövqeyindən çəkinməmişdir. Onun sərt inadkarlığı ilə rastlaşan papa 10-cu Lui 1520-ci ildə ona kafir damğası vurmuşdur. Lüter böyük şücaətlə papanın onu kafirlikdə ittiham edən fərmanını yandırmışdır. Avropa xalqları Martin Lüterin çağırışlarını müsbət qarşılamışdır. O, müqəddəs “Əhde-cədid” kitabını alman dilinə tərcümə etmiş və ömrünün qalan hissəsini yazmağa və ona tabe olan kilsələri qaydaya salmağa sərf etmişdir.
Protestantlıq firqəsi xristianlıqda bir çox islahatlar aparıb, behişt alverinə, günahların bağışlanmasına, tərkidünyalığa qarşı çıxıb, Roma papasının hakimiyyətini tanımasa da, bir çox məsələlərdə, eləcə də üç üqnüm məsələsində öz sələflərindən fərqlənməmişdir.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni